Türkiyənin Urfa şəhərində toyda 60-a yaxın insan tortdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Urfa şəhərinin Suruç rayonunda baş verib.
Məlumata görə, toyda 10 qatlı tort gətiriblər. Toydan sonra evə gedən qonaqlar mədə ağrısı, ürəkbulanma və qusma şikayətlərinə başlayıblar. Qonaqlar zəhərləndiklərini anlayaraq xəstəxanaya müraciət ediblər. Gecə ərzində 60-a yaxın qonaq eyni şikayətlərlə xəstəxanaya müraciət edib.
Qeyd olunur ki, bəy və gəlin yalnız tortu daddıqları üçün zəhərlənməyiblər.