Barışmaq istəməyən sevgilisini öldürüb intihar etdi
15 iyul 2025 16:04 (UTC +04:00)

Barışmaq istəməyən sevgilisini öldürüb intihar etdi

Krımda 44 yaşlı kişi yanına qayıtmaq istəməyən keçmiş sevgilisini öldürüb, sonra isə intihar edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Simferopol yaxınlığındakı Komsomolski kəndində baş verib. Kişi keçmiş sevgilisinin ad günündən bir gün əvvəl bir buket gül alıb və barışmağa gəlib.

O, rədd cavabı aldıqdan sonra qızı maşına sürüyərək güllələyib, özü də intihar edib. Mərhumun 34 yaşı tamam olacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar