Cənubi Sudanda qız üstündə yaranan mübahisə itkilərlə döyüşə çevrilib.
Hər şey biri prezidenti, digəri isə müxalifət liderini dəstəkləyən iki zabitin mübahisəsi ilə başlayıb. Şayiələrə görə, onlar eyni qıza aşiq olduqlarını aşkar ediblər.
Müxalifət liderini dəstəkləyən zabit prezident tərəfdarını güllələyib. Daha sonra mühafizəçilər atəş açıb. Bazarda başlayan dava daha sonra nəzarət-buraxılış məntəqələrinə və kazarmalara keçib.
Ən azı 14 hərbçi həlak olub: altısı müxalifət bölməsindən, səkkizi isə Cənubi Sudan Silahlı Qüvvələrindən. Bir mülki vətəndaşın, daha beş əsgərin isə yaralandığı bildirilir.