FHN Zirədə qanunsuz neft satışının dayandırdı - VİDEO
13 yanvar 2023 09:54 (UTC +04:00)

FHN Zirədə qanunsuz neft satışının dayandırdı - VİDEO

Bakıda qanunsuz neft məhsulları satışının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Zirə qəsəbəsində fərdi sahibkar Məmmədov Vasif Rəşid oğlunun neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən yerində keçirilən baxış zamanı həqiqətən də müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq vətəndaş Vasif Məmmədov tərəfindən fərdi həyətyanı sahəsində 2 ədəd polad çəndə neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq satışının həyata keçirilməsi, bununla da təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı Agentliyin müfəttişləri tərəfindən dərhal dayandırılıb. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb, çənlərin müvafiq təhlükəsizlik tədbirləri görülməklə ərazidən uzaqlaşdırılması və plastik qablarda neft məhsulları satışının dayandırılması tələb edilib.

Aşkar edilən pozuntuların dərhal aradan qaldırılması üçün aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt sahibkara təqdim edilib.

# 1662
avatar

Oxşar yazılar

Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12