Hindistanlı 36 yaşlı dul qadın iki dostu ilə Andhra Pradeş ştatının Mulanur dəmir yolu stansiyasına gedərkən fil onu tapdalayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadını vəhşi fillər tapdayaraq öldürüb.
Səhər tezdən qatarın gəlməsini gözləyən qadınlara qəfildən fil sürüsü onlara hücum edib. Qadının dostları meşədə gizlənməyə nail olsalar da, o, tez qaça bilməyib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Üç övladı qalıb: iki qız və bir oğlan.