Fransalı casusun ŞOK ƏMƏLLƏRİ:   Azad Məmmədli necə ələ alındı?
07 yanvar 2025 12:28 (UTC +04:00)

Fransalı casusun ŞOK ƏMƏLLƏRİ: Azad Məmmədli necə ələ alındı?

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə açıq keçirilib və prosesdə yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər. 

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

İttiham aktına görə, Martin Ryanın  Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.  

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.

Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. 

İttihama münasibət bildirən Martin Ryan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, bu işləri qəsdən törətmədiyinə dair sübutları var. 
Təqsirləndirilən şəxslər - Martin Ryan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Növbəti proses fevralın 19-da keçiriləcək. 

Qeyd edək ki, Martın Ryan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir. O, Fransada Monpelye 3 Universitetinin "beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisasını bitirib, əvvəllər məhkum olunmayıb. 

Martin Ryan Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub. 

Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. O, 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.

İttihama görə, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7552

Oxşar yazılar

Sumqayıtda çoxmərtəbəli binada yanğın-  Xəsarət alan var -VİDEO

Sumqayıtda çoxmərtəbəli binada yanğın- Xəsarət alan var-VİDEO

3 avqust 2025 , 15:21
Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42