Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minalar aşkarlandı
04 fevral 2023 17:44 (UTC +04:00)

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minalar aşkarlandı

“Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra indi də Füzulinin Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın aşkarlanması üçün minatəmziləmə işləri aparılır. Ərazi hədsiz dərəcədə minalanıb”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Füzulinin İşıqlı kəndində minatəmizləmə prosesini icra edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Vüsal Quliyev əraziyə səfər edən xarici səyyahlarla görüşdə deyib.

“Ehtimal olunur ki, Ermənistan əvvəl-axır bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin edib, ona görə də törətdiyi müharibə cinayətini ört-basdır etmək, yaxınlarının, doğmalarının qalıqlarını axtaran insanların ölümünə səbəb olmaq üçün kütləvi məzarlığın üstünü və ətrafını minalayıb. Bu, Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə xas üslubdur, azad edilmiş ərazilərdəki adi qəbiristanlıqlar, məzarlıqlar da minalanıb, insanların sümükləri çıxarılıb, qəbirlərdən qızıl dişlər axtarılıb”.

ANAMA nümayəndələri əraziyə səfər edən beynəlxalq səyyahlara məlumat verib ki, son 10 gün ərzində Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olması güman edilən ərazidə 31 ədəd tank əleyhinə mina aşkarlanıb, burada işarələnmiş 4 hektarlıq ərazinin hələlik cəmi 0.17 hektar hissəsində, yəni ümumi sahənin 4.2%-ində minatəmizləmə fəaliyyəti icra edilib. Bu isə o deməkdir ki, qarşıda hələ aşkarlanması gözlənilən minalar daha çoxdur, xüsusilə əraziyə daha yüksək tələfata, daha ağır xəsarətlərə hesablanmış tank əleyhinə minalar döşənməsi diqqətçəkicidir.

Qeyd olunub ki, Füzulinin Aşağı Seyidəhmədli kəndində minatəmizləmə fəaliyyəti davam etdirilir.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsindən indiyədək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 81 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb, onlardan 14 minə yaxını tank əleyhinə minalardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar

“Sədərək”də YANĞIN

“Sədərək”də YANĞIN

15 iyun 2024 , 18:52
Bakıda qocaları aldadıb yarım milyondan çox  pullarını aldılar - VİDEO

Bakıda qocaları aldadıb yarım milyondan çox pullarını aldılar - VİDEO

15 iyun 2024 , 17:19
Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi  - milyonlarla borcu var

Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi - milyonlarla borcu var

15 iyun 2024 , 16:14
Ələsgər Məmmədli hospitala köçürülür

Ələsgər Məmmədli hospitala köçürülür

15 iyun 2024 , 15:40
Azərbaycan onu Avropaya təhvil verdi

Azərbaycan onu Avropaya təhvil verdi

15 iyun 2024 , 15:26
Evdən 3000 manat oğurlandı

Evdən 3000 manat oğurlandı

15 iyun 2024 , 15:03
Bayram təmizliyi aparan qadın faciəvi şəkildə  öldü

Bayram təmizliyi aparan qadın faciəvi şəkildə öldü

15 iyun 2024 , 14:31
Lənkəranda maşın kanala aşdı,  3 yaralı var

Lənkəranda maşın kanala aşdı, 3 yaralı var

15 iyun 2024 , 14:23