Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.