Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan evakuator yol kənarında dayanan "Mercedes"ə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da minik maşını yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.