Gəncədə “Araboğlu” un fabrikində başlayan yanğın tam söndürülüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının qarşısı alınıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
***
20:13
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən “Araboğlu” un fabrikində baş verib.
İlkin məlumatlara əsasən, yanğın fabrikin zirzəmisində başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.