General Cəbrayıl Usubovun oğlu və daha 6 nəfər HƏBS EDİLDİ  - YENİLƏNİB
11 dekabr 2025 14:07 (UTC +04:00)

General Cəbrayıl Usubovun oğlu və daha 6 nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, əməliyyat nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb. Onlar qaçaqmalçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. pozuntularda ittiham olunurlar. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

Məlumat Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqlənib.

Qurumdan bildirilib ki, hazırda istintaq tədbirləri davam etdirilir və əəməliyyatla bağlı əlavə məlumat veriləcək.

***
12:44

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.

Lent.az "Gununsesi.info"ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Bildirilir ki, F. Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorluqdan fakta münasibət öyrənmək mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1310

Oxşar yazılar