Goranboy rayonunda məktəbdə çalışan qadın xadimə it hücumuna məruz qalıb.
Lent.az xəbər verir ki, hadisə Qaradağlı kənd tam orta məktəbində baş verib. Kənd sakini A. Bayramova məktəbin giriş qapısı yaxınlığında olarkən ev iti ona hücum edərək yerə yıxıb və dişləyib.
Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin dərs vaxtı məktəbin həyətində baş verdiyi qeyd olunur. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır.