Braziliyanın Rio-de-Janeyro ştatında təhlükəsizlik qüvvələri tərəfindən narkotik əməliyyatı zamanı həyatını itirənlərin sayı 132-yə çatıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, əməliyyat Penha və Alemao məhəllələrində ölkənin ən böyük cinayət qruplaşmalarından biri olan Comando Vermelho-ya qarşı keçirilib. Rəsmilərin məlumatına görə, əməliyyat zamanı baş verən atışmada 4-ü polis olmaqla 132 nəfər həlak olub.