Türkiyəli müğənni Gülşən son konsertində yaşanan hadisə ilə gündəmə gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, səhnəyə pul atan tamaşaçılara əsəbiləşib:
“Üzərində Atatürk şəkli olan bir şeyi necə atırsınız? İnsan əylənərkən coşa bilər, amma hər şeyin də bir həddi var”, - o bildirib.
Hadisə anını digər tamaşaçı telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb və görüntülər qısa müddətdə geniş izlənib. Müğənninin bu reaksiyası sosial mediada böyük müzakirəyə səbəb olub.
 
                 
                             
     
                                    