Goranboyun həbsdə vəfat edən icra başçısının qardaşı oğlu qəzada ölüb -FOTO
20 mart 2023 14:42 (UTC +04:00)

Goranboyun həbsdə vəfat edən icra başçısının qardaşı oğlu qəzada ölüb -FOTO

Naftalan minik maşını hasara çırpılıb, sürücü ölüb

Naftalanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Naftalan şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

33 yaşlı Cavid Quliyev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı sürücü Cavid Quliyev hadisə yerində ölüb.

Qeyd edək ki Cavid Quliyev Müsəllim oğlu Goranboy rayonunun həbsdə ölən icra başçı Nizaməddin Quliyevin qardaşı oğludur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar