Göygöldə avtomobil piyadanı vurub öldürdü
20 iyul 2025 08:18 (UTC +04:00)

Göygöldə avtomobil piyadanı vurub öldürdü

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1948-ci il təvəllüdlü B.Əliyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar