Fevralın 8-də saat 20:40-da 36 yaşlı kişi Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə sirkə turşusundan zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, ilkin tibbi xidmət göstərilən pasiyent həmin gün saat 22:20-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Zəruri tibbi xidmətlər göstərilən şəxsin vəziyyəti kritik ağır qiymətləndirilib və fevralın 9-da saat 04:30-da daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həmin gün saat 13:20-də bioloji ölüm faktı qeydə alınıb.
***
10:20
Göygöldə kimyəvi məhluldan zəhərlənən kişi ölüb.
Lent.az xəbər verir ki, rayon sakini Anar Məhərrəmov yaşadığı evdə kimyəvi məhluldan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.