Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı bordürə çırpılıb.
Qəza nəticəsində 2005-ci il təvəllüdlü O. Abbaszadə, T. Məhərrəmov, Ü. Bayramlı və 2004-cü il təvəllüdlü X. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.