Üzərində "silah" gəzdirib, özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Polisin keçirdiyi tədbirlərlə S.Dadaşzadə saxlanılıb.
Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarıda heç vaxt işləmədiyi müəyyən edilib.
Onunla bağlı məsuliyyət tədbirləri görülür.
İlkin Rzayev