Hacıqabulda AĞIR QƏZA:  sürücü öldü-YENİLƏNİB
16 dekabr 2025 01:29 (UTC +04:00)

Hacıqabulda AĞIR QƏZA: sürücü öldü-YENİLƏNİB

0

Bakı–Qazax magistral yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Qazax rayonunun Şıxlı kənd sakini, 1981-ci il təvəllüdlü Qocayev Aydın Qoca oğlu hadisə yerində həyatını itirib.

***
00:56Hacıqabulda baş verən qəzada sürücü ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtomobil daşıyan yük maşını idarəetməni itirərək mişar daşı daşıyan “KamAZ” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobil daşıyan yük maşınının sürücüsü hadisə yerində həyatını itirib. Sıxılmış vəziyyətdə qalan meyit FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 982

Oxşar yazılar