Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 
19 aprel 2024 11:36 (UTC +04:00)

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu hamilə qadınlara iş təyin edilməsi ilə bağlıdır.

Maraqlıdır, hamilə qadınların işə götürülməsi qaydası necədir? 

Lent.az xəbər verir ki, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri:

Hamilə və 3 yaşına çatmamış uşağı olan qadın işçilərlə əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir.

Lakin aşağıdakı hallarda isə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı halda;

hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin yerinə yetirilməsini nəzərdə tutan iş yerlərinə işə götürməkdən imtina olunduğu halda;

hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin olması ilə əlaqədar işə götürməkdən imtina edildiyi halda.

İşəgötürən əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Fidan İlqar

Oxşar yazılar