Vəkil bu gün həbs edilən keçmiş icra başçısı İslam Rzayevin apelyasiya şikayəti verib-verməyəcəyinə aydınlıq gətirib.
Keçmiş icra başçısının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyev Lent.az-a açıqlamasında bildirib ki, həbs qətimkan tədbirindən şikayət vermək İslam Rzayevin qərarından asılıdır:
"Müdafiəçisi olduğum şəxsin iradəsinin ziddinə hərəkət edə bilmərəm. İslam Rzayevin qəbul etdiyi qərarların onun müdafiəsinə çox böyük təsiri var. İslam Rzayevə hüquq və vəzifələri dəfələrlə elan olunub. O, hüquq və vəzifələrini kifayət qədər mükəmməl bilir".
 
                 
                             
     
                                    