Hədə-qorxu ilə pul tələb edən keçmiş məhkum SAXLANILDI
03 avqust 2022 17:07 (UTC +04:00)

Hədə-qorxu ilə pul tələb edən keçmiş məhkum SAXLANILDI

Şirvan şəhər sakini S.Babayev Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Z.Hüseynovdan bir müddət əvvəl 5000 manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Z.Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3000 manat pul tələb edib.

Fakta bağlı Z.Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1855

Oxşar yazılar

“Meydan TV” işi üzrə  daha bir jurnalist saxlanıldı

“Meydan TV” işi üzrə daha bir jurnalist saxlanıldı

7 may 2025 , 08:14
Gəlin toyuna bir neçə saat qalmış öldü

Gəlin toyuna bir neçə saat qalmış öldü

6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər

6 may 2025 , 19:53
Abşeronda  DƏHŞƏT:  23 yaşlı qız özünü asdı

Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı

6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü

Evə gec gələn bacısını vəhşicəsinə döydü

6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet  ev dustaqlığına buraxıldı

Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı

6 may 2025 , 17:54
Ağdaşda tələbəni  maşın vurub öldürdü

Ağdaşda tələbəni maşın vurub öldürdü

6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

6 may 2025 , 17:28