Hindistanlı iş adamının Azərbaycandan çıxışına STOP QOYULDU
03 sentyabr 2026 17:20 (UTC +04:00)

Hindistanlı iş adamının Azərbaycandan çıxışına STOP QOYULDU

0

Məhkəmə dövlət büdcəsi və fondlara olan vergi borclarını ödəməyən biznesmen barədə qərar verib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 37 yaşlı Hindistan vətəndaşı Məhəmməd Harisə məxsus “Prana Lifestyle” MMC-nin dövlət büdcəsi, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 18 min 942 manat vergi borcu olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin borcların ödənməsi üçün dəfələrlə biznesmenə bildirişlər göndərsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə İdarə son olaraq, məhkəmədə Məhəmməd Harisin borcları ödəyənədək Azərbaycandan çıxışına qadağa qoyulması barədə iddia qaldırıb.

Məhkəmə bu qərarı təmin edib. Qərara əsasən, Məhəmməd Harisin 18 min 942 manat vergi borcunu tam ödəyənədək ölkədən çıxışına qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar