Fevralın 6-da Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 29 yaşlı qadın fevralın 16-da ambulator müalicə üçün evə buraxılıb.
Lent.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat yayıb.
Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında "İdrak" liseyində şagird riyaziyyat müəllimi olan Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.