İki azyaşlı belə xilas edildi-VİDEO
05 fevral 2023 14:39 (UTC +04:00)

İki azyaşlı belə xilas edildi-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzildə vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə iki nəfər azyaşlı bağlı qapı arxasında qalıb və heç bir çağırışlara  cavab vermirlər.

Xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə giriş qapısı açılaraq mənzilə daxil olunub. Mənzilə baxış keçirilərkən iki azyaşlının huşsuz vəziyyətdə köməyə ehtiyacının yaranması müəyyən edilib.

Xilasedicilər tərəfindən dərhal ilkin yardım göstərilərək azyaşlılar həyati təhlükəli vəziyyətdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

İlkin ehtimala görə hadisəyə səbəb dəm qazı zəhərlənməsi olub.

Xilasetmə əməliyyatı

# 1281
avatar

Oxşar yazılar

1 ay əvvəl itkin düşən kişinin meyiti su kanalından tapıldı

1 ay əvvəl itkin düşən kişinin meyiti su kanalından tapıldı

24 mart 2023 , 16:17
57 yaşlı kişi həyətdə özünü ASDI

57 yaşlı kişi həyətdə özünü ASDI

24 mart 2023 , 15:32
Yuxarı Şirvan kanalından meyit tapıldı

Yuxarı Şirvan kanalından meyit tapıldı

24 mart 2023 , 14:52
Bakıda qadın bayram günü oğurluq etdi

Bakıda qadın bayram günü oğurluq etdi

24 mart 2023 , 13:55
Bərdədə maşın vuran gənc xəstəxanada öldü

Bərdədə maşın vuran gənc xəstəxanada öldü

24 mart 2023 , 13:11
Şəmkirdə 4 ballıq ZƏLZƏLƏ

Şəmkirdə 4 ballıq ZƏLZƏLƏ

24 mart 2023 , 12:58
İkinci qrup əlil  qadın özünü asdı

İkinci qrup əlil qadın özünü asdı

24 mart 2023 , 12:29
Bakıda "Jiquli"lər  qaçırıldı

Bakıda "Jiquli"lər qaçırıldı

24 mart 2023 , 11:50