İki gün əvvəl itkin düşmüşdü:  82 yaşlı qadının meyiti tapıldı
08 dekabr 2025 09:33 (UTC +04:00)

İki gün əvvəl itkin düşmüşdü: 82 yaşlı qadının meyiti tapıldı

0

Dekabrın 6-sı itkin düşən şəxsin meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 82 yaşlı Ceyran Bayramova iki gün öncə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Dekabrın 7-si keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhəri, Ş.İ.Xətai küçəsindən keçən paylayıcı kanaldan sonuncunun meyiti aşkar edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar