Azərbaycanın bu rayonunda işıq olmayacaq
08 dekabr 2025 09:51 (UTC +04:00)

Azərbaycanın bu rayonunda işıq olmayacaq

0

Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Xıl" hava xəttində dekabrın 8-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar