Ad gününə lotereya aldı, 500 min dollar uddu
07 dekabr 2025 10:01 (UTC +04:00)

Ad gününə lotereya aldı, 500 min dollar uddu

0

ABŞ-ın Cənubi Karolina ştatının sakini özünə ad günü hədiyyəsi kimi aldığı lotereya bileti ilə 500 min dollar udub.

Lent.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Миртл-Бич şəhər sakini ad günündən bir gün sonra dostu ilə gəzintiyə çıxıb və özü üçün hədiyyəlik lotereya bileti alıb.

10 dollarlıq “My Money Maker” bileti ona 500 min dollarlıq uduş gətirib. Gözlənilməz sərvətin sahibi hazırda pul mükafatını necə qəbul edəcəyinə dair variantları araşdırdığını söyləyib.

“İndi imkanlarım daha da artdı”, – deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar