İmişlidə DƏHŞƏTLİ QƏZA : ölən var
21 iyun 2023 10:17 (UTC +04:00)

İmişlidə DƏHŞƏTLİ QƏZA: ölən var

0

İmişlidə avtomobil qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Eldar oğlu idarə etdiyi "Mercedes Benz 320 minik" markalı, 90-MB-026 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən həmyerlisi 1959-cu il təvəllüdlü Cəfərov Cəsarət Malik oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 30-BG-354 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində C.Cəfərova məxsus avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Cəfərova Bənövşə Nəriman qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı İmişli rayon polis idarəsində cinayət işi başlanılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4158

Oxşar yazılar