İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.