İrandan Türkiyəyə aparılan 5 kilodan  çox narkotik  aparırdılar, Azərbaycanda yaxalandılar
23 fevral 2026 09:36 (UTC +04:00)

İrandan Türkiyəyə aparılan 5 kilodan çox narkotik aparırdılar, Azərbaycanda yaxalandılar

1

Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

İdarədən Lent.az-a məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub.

"X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı aradırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 272

Oxşar yazılar