İsmayıllı-Lahıc yolunda hərəkət bərpa edilib - YENİLƏNİB
12 iyun 2024 11:11 (UTC +04:00)

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa edilib - YENİLƏNİB

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir-neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, dərhal əraziyə Agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub.

Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.

***
10:59

Ötən gün axşam saatlarından başlayan leysan xarakterli yağış və güclü külək İsmayıllının Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lahıc və digər kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Güclü külək və yağış səbəbindən torpaq qatı, iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun dağlardan keçən hissəsinə tökülüb. Hazırda yol hər iki istiqamətdə bağlı olduğundan avtomobillər yolda qalıb.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. Yolun hərəkət hissəsində olan qaya parçaları, lil qatının təmizlənməsi işləri həyata keçirilir.

Hazırda yağış davam edir, çaylarda suyun artması müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar