Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
saat 01.44
Sentyabrın 12-də saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb. Onun sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.