Keçmiş məhkum bıçağı ürəyinə sancdı - BƏRDƏDƏ QANLI OLAY
19 iyun 2023 17:29 (UTC +04:00)

Keçmiş məhkum bıçağı ürəyinə sancdı - BƏRDƏDƏ QANLI OLAY

0

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş 31 yaşlı Ayxan Həsənli aralarında yaranmış münaqişə zəminində kənd sakini 23 yaşlı Fəxri Zülfüqarlını bıçaqlayıb. Döş qəfəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Ayxan Həsənli isə qaçıb.

Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2051

Oxşar yazılar