Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 14-ü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib.
Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib.
Əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub.
Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib.
Hazırda əməliyyat şəraiti nəzarətimiz altındadır.
Ötən həftə də Ermənistan tərəfi dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətməyə cəhd göstərmiş və iflasa uğramışdı.
Müdafiə Nazirliyi tərəfindən bəyan edilmişdi ki, Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaqdır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyildir.
Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Müdafiə Nazirliyi
Laçın istiqamətində ermənilərdən növbəti TƏXRİBAT
Oxşar yazılar

Bakı metrosunda azyaşlıya qeyri-etik hərəkətlər edən TUTULDU
17 iyun 2025 , 13:00
Xırdalanda 55 yaşlı kişi evinin həyətində ölü tapıldı
17 iyun 2025 , 11:24
Fidan 11 nəfərin pulunu necə mənimsədi? - POLİSDƏN ƏMƏLİYYAT
17 iyun 2025 , 10:47
İsmayıllıda AİLƏ FACİƏSİ: oğul atasını bıçaqladı
17 iyun 2025 , 10:42
Xaçmazda evdən 86 yaşlı kişinin meyiti tapıldı -YENİLƏNİB
17 iyun 2025 , 10:34
Bakıda 62 yaşlı kişi tanışını bıçaqladı
17 iyun 2025 , 10:14
Zaqatalada FACİƏ: su maşını 5 yaşlı uşağın üstündən keçdi - YENİLƏNİB
17 iyun 2025 , 10:05