Fransada həkim 30 pasiyenti  zəhərlədiyinə görə ömürlük həbs edildi
19 dekabr 2025 23:41 (UTC +04:00)

Fransada həkim 30 pasiyenti zəhərlədiyinə görə ömürlük həbs edildi

0

Fransada həkim-anestezioloq Frederik Peşye 30 pasiyentin zəhərlənməsində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, bu barədə Le Monde qəzeti məlumat yayıb.

Məlümata görə, zərərçəkənlərdən 12-si həyatını itirib.

İttiham tərəfinin versiyasına əsasən, həkim pasiyentlərdə ürək dayanması və ya güclü qanaxma hallarını qəsdən məhz digər mütəxəssislərin müalicə apardığı anlarda törədib. Prokurorluq hesab edir ki, Peşye bununla həmkarlarına psixoloji təzyiq göstərməyə və “hakimiyyət ehtirasını” təmin etməyə çalışıb.

Onun qurbanları dörd yaşdan 89 yaşadək olan şəxslər olub. Hüquq-mühafizə orqanları həkimi “tarixin ən təhlükəli cinayətkarlarından biri” adlandırıblar.

Qeyd olunur ki, Frederik Peşye ittihamları qəbul etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar