Rusiyanın Altay diyarında yeni doğulmuş körpəsini qətlə yetirən ana məhkəmə qarşısına çıxarılacaq.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Barnaul şəhərində baş verib. İstintaqın versiyasına görə, 17 yaşlı məktəbli hamiləlik faktını ailəsindən gizlədib. Doğuş günü valideynləri evdə olmayıb və o, sağlam bir uşaq dünyaya gətirib.
Bir neçə saat sonra yetkinlik yaşına çatmayan qız bıçağı götürərək körpənin bədəninə bir neçə zərbə endirib. Uşaq öləndən sonra isə onu polietilen torbaya qoyaraq evin yaxınlığına atıb.
Hazırda istintaq davam edir.