Ləman Ələşrəfqızını aldadan saxlanıldı - YENİLƏNİB
03 iyul 2026 09:17 (UTC +04:00)

Ləman Ələşrəfqızını aldadan saxlanıldı - YENİLƏNİB

1

Jurnalist Ləman Ələşrəfqızını aldadan saxlanılıb. 

Lent.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb: 

"Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən zəng etdilər, kiberdələduzun saxlanıldığını bildirdilər. Pulum  karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq. 
Hələliksə, cənab nazir Vilayət Eyvazova, Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bu gün -2 iyul Polis günündə belə Azərbaycan polisi işinin başında olduğunu göstərdi və məni sevindirə bildi. Allah da onları sevindirsin. Təşəkkürlər DİN!"

***

1 iyul, saat 21:00

Tanınmış jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluğun qurbanı olub.

Lent.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat paylaşıb.

O bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:

“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1952

Oxşar yazılar