Lökbatandakı parkinq cəriməsi Xaçmaza göndərildi - FOTO
05 sentyabr 2023 18:11 (UTC +04:00)

Lökbatandakı parkinq cəriməsi Xaçmaza göndərildi - FOTO

Xaçmaz sakininə parklanma cəriməsi ilə bağlı yanlış bildiriş gəlib.

Lent.az xəbər verir ki, bu barədə telefonuna bildiriş gələn B. Rzayev sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, dayanma-durma pozuntusu isə Bakıda, Lökbatan qəsəbəsində “Mercedes” markalı avtomobil tərəfindən qeydə alınıb:

“Pozuntu Lökbatan dairəsində qeydə alınıb. Həmin “Mercedes” markalı avtomobilin dövlət seriya nömrəsi 90-TX-476-dır. Amma cərimə mənim “Opel” markalı 99-TX-478 dövlət nömrə nişanlı maşınıma gəlib”.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ tərəfimizdən araşdırılaraq, texniki xəta aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5148

Oxşar yazılar