Maşın yolun qırağındakı PİYADALARI VURDU
04 may 2023 12:24 (UTC +04:00)

Maşın yolun qırağındakı PİYADALARI VURDU

0

Qəbələdə avtomobil piyadaları vurub. 

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Məlikli kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında hərəkətdə olan piyadalar - 1992-ci il təvəllüdlü Şahid Kərimovu və onun qardaşı qızı, 10 yaşlı Ə.Kərimovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və şöbənin İstintaq bölməsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1718

Oxşar yazılar