Maşının "baqajı"nda  gizlənib Türkiyəyə qaçmaq istədi - TUTULDU
27 fevral 2025 16:00 (UTC +04:00)

Maşının "baqajı"nda gizlənib Türkiyəyə qaçmaq istədi - TUTULDU

Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.

Məlumata görə, fevralın 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb - FOTO Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb - FOTO Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb - FOTO Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988

Oxşar yazılar

Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57
Binəqədidə narkokuryerlik edən tiktoker  saxlanıldı -VİDEO

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanıldı -VİDEO

19 iyun 2025 , 13:50
Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

19 iyun 2025 , 10:45
70 kiloqram qızılla  tutulan hərbi attaşedən YENİ XƏBƏR

70 kiloqram qızılla tutulan hərbi attaşedən YENİ XƏBƏR

19 iyun 2025 , 10:30
Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

19 iyun 2025 , 09:50