İki avtomobil toqquşdu - Biri yanaraq kül oldu
06 avqust 2025 08:00 (UTC +04:00)

İki avtomobil toqquşdu - Biri yanaraq kül oldu

Ucarda qəzaya uğrayan minik avtomobili yanıb.

Lent.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd  kəndindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Ford" anidən alışıb. Hadisə yerinə FHN-in  Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar