Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə tutuldu
05 avqust 2025 15:47 (UTC +04:00)

Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə tutuldu

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb.

Vəziyyətinin qənaət bəxş olduğu üçün  evə buraxılıb.

Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanın balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar