Məhkəmə Rafael Cəbrayılovun qardaşı barəsində QƏRAR ÇIXARDI
13 aprel 2022 20:05 (UTC +04:00)

Məhkəmə Rafael Cəbrayılovun qardaşı barəsində QƏRAR ÇIXARDI

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilməyib. Məhkəmə istintaq orqanının təqdimatının əsassız olduğu qənaətinə gəlib. Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb.

Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

***

11:55

Həbsxanada vəfat edən keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılova cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, onun barəsində Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. 

E. Cəbrayılovu aprelin 11-i Nərimanov rayon Polis İdarəsinin əməkdaşları saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a onun saxlanıldığı təsdiqlənib.

# 5253
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09