Metroda qadınlara qarşı  soyğunçuluq
24 yanvar 2022 12:19 (UTC +04:00)

Metroda qadınlara qarşı soyğunçuluq

Bakı metrosunda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,

Yanvarın 22-də saat 18  radələrində metronun "Sahil" stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxsi Metropolitendə Polis Şöbəsinin əməkdaşları saxlayıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun "Koroğlu" stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

# 1833
avatar

Mehman Nəbiyev

Oxşar yazılar