Tərtər minalanmış ərazilərə qanunsuz gedənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisindəki minalarla çirkləndirilmiş əraziyə dəmir tullantıları toplamaq məqsədi ilə daxil olan 4 nəfər aşkarlanıb. Araşdırmalarla onların Həsənqaya kənd sakinləri - Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib və onlardan ikisi inzibati qaydada 10 gün müddətinə həbs, digər ikisi isə cərimə ediliblər.
Qeyd edək ki, S.Həsənov və A.Həsənov əvvəllər də törətdikləri analoji əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Minalanmış ərazilərə gedənlər həbs olundu - FOTO
Oxşar yazılar

İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26
64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43
Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20