Minaya düşən FHN əməkdaşı gözlərini itirdi - FOTO  - YENİLƏNİB
13 may 2022 17:25 (UTC +04:00)

Minaya düşən FHN əməkdaşı gözlərini itirdi - FOTO - YENİLƏNİB

Ağdamda minaya düşən FHN əməkdaşı ağır xəsarətlər alıb.

Lent.az sosial şəbəkələrə istinadla bildirir ki, xəstəxanaya yerləşdirilən FHN əməkdaşı Süleyman Heydərovun vəziyyəti ağır qiymətləndirilir.

Belə ki, onun sağ qolu amputasiya olunub. Partlayışın təsirindən S. Heydərov hər iki gözünü itirib.

Bundan başqa, S. Heydərovun üz və bədəninin digər nahiyələrində də xəsarətlər var.

Süleyman Heydərov

***

Saat: 12:50

Ağdamda daha bir mina partlayışı olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minaya düşüb. Nəticədə o, xəsarətlər alıb.

Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

# 7293
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42