Monteneqroda cinayət törətməkdə şübhəli bilinən azərbaycanlılarla bağlı YENİ XƏBƏR
11 iyul 2026 10:20 (UTC +04:00)

Monteneqroda cinayət törətməkdə şübhəli bilinən azərbaycanlılarla bağlı YENİ XƏBƏR

0

Monteneqronun Ali Prokurorluğundan EUROJUST vasitəsilə daxil olmuş hüquqi yardım sorğusunu Azərbaycan Baş Prokurorluğu icra edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, sorğu Monteneqronun ərazisində baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim olunub.

Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 56 yaşlı Rövşən Səmədovdan, habelə cinayətin törədilməsindən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 25 yaşlı Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə zəruri DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.

İstintaq idarəsi sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edib.

Hüquqi yardım sorğusunun icrası nəticəsində toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqronun səlahiyyətli orqanına göndərilib.

Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğu transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində xarici dövlətlərin səlahiyyətli orqanları, o cümlədən EUROJUST və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar