Moskvada 57 miqrant  saxlanıldı
12 sentyabr 2025 17:43 (UTC +04:00)

Moskvada 57 miqrant saxlanıldı

0

Rusiyanın Moskva vilayətində keçirilən qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmiş reydlər zamanı 57 nəfər saxlanılıb, onlardan 22-nin qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanları gözlənilmədən Solneçnoqorsk dairəsində yoxlama keçiriblər. Əməliyyat-profilaktik tədbirlərə Moskva vilayəti polisinin əməkdaşları və Rosqvardiya dəstək verib.

Solneçnoqorsk rayonunda keçirilən kütləvi reydlər nəticəsində qanun pozuntusu edən 57 miqrant aşkar edilib. Onların hamısına icazəsiz işlədiklərinə görə protokol tərtib olunub. Xarici vətəndaşlar 5 min rubl məbləğində cərimə ödəməli olacaqlar. Bundan əlavə, saxlanılanlardan 22 nəfərin Rusiya Federasiyası ərazisində qanunsuz olduğu müəyyən edilib.

Hazırda hüquq-mühafizə orqanları qanunsuz miqrasiyanın təşkilində iştirak edən işəgötürənlərin şəxsiyyətini müəyyənləşdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar